Müğənni Niyam Salami Azərbaycanı tərk edəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəbər-ətər” verilişində danışıb.
Niyam xaricə köçəcəyinin səbəbini belə nəql edib:
“Səsim əsəbdən batıb. Məni Novxanıdakı restoranım və onun kollektivi yormur. Məni müdaxilələr yorur. Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım, daha doğrusu tapmaq istəyən bəzi xanımlar, bəzi kişiyə oxşayan kişilər, əqidəsiz insanlardır. Bezmişəm! Ona görə qaçıb gedəcəyəm buradan. Özümü ələ alıb, pulumu və əşyalarımı toplayıb gedəcəyəm. Mən artıq bu təzyiqlərə və müdaxilələrə dözə bilmirəm”.
Rəşad Əliyev, Bizim.Media