Dünya pop səhnəsinin ulduzu Britni Spirsin keçmiş sevgilisi, həmkarı Castin Timberleyklə münasibəti ilə bağlı etirafları qalmaqala səbəb olub. “Acı bağırsaq” kimi uzanan səs-küylü hadisəyə son qoymaq üçün Spirs sosial şəbəbəkə hesabında Castindən üzr istəyib.
Bizim.Media xəbər verir ki, Britni “Daily Mail” nəşrinin insayderinə Castindən nəyə görə üzr istədiyinin pərdəarxası məqamlarından danışıb.
Britni bildirib ki, etiraflarının qalmaqala səbəb olacağını gözləməyib və indi bunun nəticələrinə görə özünü günahkar hiss edir. Ulduz öz xatirə kitabında heç bir niyyəti olmadan yalnız faktları danışıb. Bundan əlavə, Spirs abortunun qismən onun qərarı olmasını bildirib və o, uşaq dünyaya gətirməyə hazır olsaydı, qarşı tərəfin uşağı tələf etməsi sözlərinə təslim olmazdı.
İnsayder qeyd edib ki, o, Castinə hər şeyin ən yaxşısını arzulayır. Diqqətçəkən daha bir detal odur ki, xatirələr yayımlanandan bəri nə sənətçi, nə də onun nümayəndələri Britni ilə əlaqə saxlamayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:04 / 31.01.2024
Britni buna görə keçmiş sevgilisi Castindən üzr istəyib
Hazırda oxunan: Britni buna görə keçmiş sevgilisi Castindən üzr istəyib
Hazırda oxunan: Britni buna görə keçmiş sevgilisi Castindən üzr istəyib
175887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.