Madonnanın qızı yeni FOTOSESSİYASI ilə gündəmdə 

Madonnanın qızı yeni FOTOSESSİYASI ilə gündəmdə 

Hazırda oxunan: Madonnanın qızı yeni FOTOSESSİYASI ilə gündəmdə 

175577

Dünya pop səhnəsinin əfsanəvi ulduzu Madonnanın qızı Lourdes Leon yeni fotosessiyası ilə gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, “Perfect” dərgisinin üz qabığı üçün obyektiv qarşısına keçən Lourdes korset və alt geyimdə cəsarətli pozlar verib. 

Qızının açıq-saçıq fotosessiyasından bir neçə şəklini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Madonna “Uşağım mükəmməldir” qısa şərhini yazıb. 

Qeyd edək ki, Lourdes musiqi karyerasına bir neçə il əvvəl başlayıb və 2022-ci ilin avqustunda ulduz “Lock & Key” sinqlı üçün debüt videosunu yayımlayıb. O, tez-tez anasının işindən ilhamlandığını deyir, hətta bu yaxınlarda Madonnanın 25 il əvvəl yayımlanan 1998-ci ildə çəkilmiş məşhur Frozen videosunu təkrarlayıb. Görünür, Madonna da qızını üslub baxımından ruhlandırır: anası kimi Lourdes tez-tez açıq-saçıq və ekstravaqant görünüşlərdə fotolar çəkdirir. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO