Azərbaycanı 2019-cu ildə İsrailin Tel-Əviv şəhərində “Truth” (Həqiqət) adlı mahnı ilə təmsil edən müğənni Çingiz Mustafayev növbəti dəfə İndoneziyaya yollanıb.
Bizim.Media xəbər verir ki, Balidə istirahət edən gənc ifaçı orada konsert proqramı ilə çıxış edəcəyi ilə bağlı sosial şəbəkə hesabında post paylaşıb.
Sufi olduğunu açıqlayan Çingiz musiqili gecənin fevralın 6-da keçiriləcəyini bildirib:
“Elektron musiqi ilə sinxron şəkildə Şərqin mistik melodiyalarının sədalarına qərq ola bilək. Sizə bu unudulmaz səyahəti bəxş etməkdən şad olaram”.
Qeyd edək ki, Ç.Mustafayev pandemiyadan sonra Baliyə köçüb və bir müddət orada yaşayıb.
Rəşad Əliyev, Bizim.Media