Elgizin verilişinə gələn Ruhəngiz ƏSƏBİLƏŞDİ - VİDEO

Hazırda oxunan: Elgizin verilişinə gələn Ruhəngiz ƏSƏBİLƏŞDİ - VİDEO

175514

Əməkdar artist Ruhəngiz Allahverdiyeva efirdə əsəbiləşib.

Bizim.Media xəbər verir ki, "Elgizlə izlə" ictimai-sosial verilişin canlı efirinə gələn sənətçi studiyaya girməmiş kulisdə özündən çıxıb.

Həmin an Elgiz "Bu nə haray, müsibətdir orada baş verir?" söyləyərək studiyadan kulisdə dayanan Ruhəngizin yanına gedib.
Bu anda mikforonlar söndürülüb, efirə yüksək səslə musiqi verilib. Kameralar Allahverdiyevanın Elgizlə etiraz dolu dialoqunu çəkərək, nümayiş etdirib.

Ruhəngizin mikrofonu bağlı olsa da "Mən bir daha bu verilişə gəlməyəcəyəm. Mən çıxıb gedirəm. Qurtardı getdi. Çıxmayacağam efirə. Mən daha olmayacağam burada. İstəmirəm..." sözlərini dediyi aydın sezilib. 

Studiyaya qayıdan Elgiz müğənninin əsəbiləşməsinin səbəbini belə açıqlayıb:

"Deyirlər ki, ən böyük biclik düzgünlükdür. Ruhəngizin bir qız tələbəsi var. Mənə söylədi ki, onunla birgə verilişə gəlmək istəyirəm. Mən də sevindim və razılığımı verdim. İndi efirlərdə geyim məsələsi çox ciddi nəzarət olunur. Tələbə xanım da açıq-saçıq geyimdə gəldiyi üçün biz onu efirə buraxa bilmədik. Ruhəngiz də buna görə əsəbiləşdi".

Daha sonra R.Allahverdiyeva hədiyyələrlə studiyaya daxil olub və E.Əkbəri doğum günü münasibəti ilə təbrik edib. 

Proqramda yaşanan həmin gərgin dolu anları sizə təqdim edirik: 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO