Əməkdar artist Elza Seyidcahan fəxri adı (Əməkdar və Xalq artist) olan həmkarlarını tənqid atəşinə tutub.
Bizim.Media xəbər verir ki, Elza qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində sənətçilərin acından ölməmək üçün özbək ritmələrində meyxana janrında mahnılar ifa etməsinə sərt reaksiya bildirib.
“Bəzi fəxri adı olan Əməkdar və Xalq artistləri özbək ritmlərində meyxana janrında mahnılar oxumağa başlayıblar. Meyxana janrı ilə bu ritmləri mahnılarında qarışdırıblar. Heç 6/8 ritmləri də deyil. Bu tam başqa janrdır.
Öz qulağımla eşitmişəm ki, bəzi Əməkdar və Xalq artistlərimiz efirdə söylədi ki, “muğam oxudum, acından öldüm”. İndi isə bu tip mahnıları ifa edib pul qazanırlar. Deyir ki, “özbək, iran və fars ritmlərinin qarışdırıb mahnlar oxuyuram”. İndi həmin sənətçilərin baalı evləri, avtomobilləri var. Amma ki, onlar sənətdə çox şeyi itirdilər.
İndi bu sənətdə olan hansı müğənni acından ölür ki? Onlar acından yox, toxundan çıxırlar efirlərə... Bilsəniz onların nəsillərində hansı insanlar var... Biz öz zəhmətimiz və tərbiyəmizlə bu yerlərə gəlib çatmışıq. Mənim bacımın bir gözəl sözü var – “Biz sənəti heç zaman baha alıb, ucuz satmadıq”. Əlbəttə ki, bizim də bu gün maddi ehtiyaclarımız ola bilər, amma biz bəziləri kimi belə mahnılar oxumadıq, oxumarıq da...” – deyə Elza vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media