Bredli Kuperin Cici Hadidlə eşq yaşadığı ÜZƏ ÇIXDI - FOTO

Bredli Kuperin Cici Hadidlə eşq yaşadığı ÜZƏ ÇIXDI - FOTO

Hazırda oxunan: Bredli Kuperin Cici Hadidlə eşq yaşadığı ÜZƏ ÇIXDI - FOTO

175325

Hollivud aktyoru Bredli Kuper və supermodel Cici Hadid sevgili olduqları üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, cütlük birlikdə Londona istirahətə yollanıb və ilk dəfə olaraq ictimaiyyət qarşısında hisslərini nümayiş etdiriblər. 

28 yaşlı model və 49 yaşlı aktyor açıq şəkildə əl-ələ gəziblər. Həmin anlar isə paparasilər tərəfindən lentə alınıb.  Bredlə Cicinin münasibətdə olması ötən ilin oktyabrında məlum olub.
Cütlük gizli görüşsə də, paparassilərin obyektivinə tuş gəlib. İnsayderlərin sözlərinə görə, onları Bredli Kuperin keçmiş sevgilisi İrina Şeyk tanış edib. 

Onlar səmimi və isti ünsiyyətini görən Şeykin bundan xoşu gəlmədiyi iddia edilib. Kuperdən bir qızı olan Şeykin özü də tez-tez keçmiş sevgilisi ilə vaxt keçirir, qovuşacağı barədə şayiələr yaradır: hətta əvvəllər Şeykin aktyordan başqa uşaq istədiyini və onunla evlənməyə qarşı olmadığı deyilib. İrinanın özü indi Jizel Bundhenin keçmiş əri ilə münasibətdədir.  

Cici Hadidə gəlincə isə müğənni Zeyn Malikdən ayrıldıqdan sonra Bredli Kuperin yaxın dostu Leonardo Di Kaprio ilə münasibətdə şübhəli bilinib. Onlar uzun müddətdir dostdurlar və tez-tez birlikdə vaxt keçirirlər. İnsayderlər bildiriblər ki, onlar münasibət qurmağa çalışsalarda, lakin münasibətləri alınmayıb. İndi Di Kaprio model Vittoria Çeretti ilə vaxt keçirir. Onu da qeyd edək ki, Cicinin Zeyndən bir qız övladı var. 






Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO