Zərgərlik dizayneri ilə eşq yaşayan 60 yaşlı Bred Pitt yenidən ata olmaq İSTƏYİR

Zərgərlik dizayneri ilə eşq yaşayan 60 yaşlı Bred Pitt yenidən ata olmaq İSTƏYİR

Hazırda oxunan: Zərgərlik dizayneri ilə eşq yaşayan 60 yaşlı Bred Pitt yenidən ata olmaq İSTƏYİR

175324

60 yaşlı Hollivud aktyoru Bred Pitt və onun sevgilisi, 34 yaşlı İnes de Ramon uşaq sahibi olmağı düşünürlər.  

Bizim.Media “In Touch” nəşrinə istinadən xəbər verir ki, aktyor Ancelina Colinin övladları ondan üz döndərdikdən sonra özünü yenidən ata kimi hiss etmək istəyir.  

İnes tam uyğun yaşdadır, onun “bioloji saatı işləyir”. Bred onun yaşındakı əksər kişilərdən daha yaxşı formadadır. Onlar bir-birlərinə sadiqdirlər və həqiqətən aşiqdirlər, bütün vaxtlarını birlikdə keçirirlər. İnes Bredin evində öz evindəki kimi hiss edir”. 
Bu məlumatın rəsmi təsdiqi yoxdur, lakin bu mövzuda dedi-qodular artıq bir çox media orqanları tərəfindən dərc edilib.  

İndi sevgililər iki ölkədə yaşayır: Fransa və ABŞ. Eyni zamanda cütlük evlənməyə tələsmir. Bred Pittin zərgərlik dizayneri İnes de Ramon ilə münasibəti 2019-cu ildə Ancelina Colidən boşandıqdan sonra üzə çıxıb. Cütlük uzun müddətdir ki, paparassilərdən gizlənmir və onları müntəzəm olaraq görüşlərdə lentə alırlar. Bu yaxınlarda Bred 60 illik yubileyi şərəfinə ziyafət təşkil edib və İnes də qonaqlar arasında olub.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO