Roza

Roza "od püskürdü": "Sağlığında Aygün Bəylərə bir dənə də olsun toy vermədilər" - VİDEO

Hazırda oxunan: Roza "od püskürdü": "Sağlığında Aygün Bəylərə bir dənə də olsun toy vermədilər" - VİDEO

175265

"Çox insan Aygün Bəylərin yanında, çətin anında olduğunu söylədi. Aygün Bəylər 6 ay yataqda olanda bəs siz harada idiniz? Aygünün dünyaya övlad gətirməsi və planlanması (qızı Canan) mənim ona məsləhətimdir".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Bir neçə həftə əvvəl dünyasını dəyişən həmkarı Əməkdar artist Aygün Bəylərdən söz açan sənətçi bildirib ki, mərhumun qızı Canan dünyaya gəlməzdən əvvəl o, bacısının uşağını övladlığa götürübmüş:

"Aygün Bəylər bacısının uşağını övladlığına götürmüşdü və onu böyütmək istəyirdi. Mən isə buna narazılığımı bildirdim. Dedim ki, sən sənətkarsan, sənin öz övladın, canından, qanından biri olmalıdır. Gün gələcək, sən qocalanda, gücdən düşəndə sənə bir fincan çay gətirən bir qızın olsun. Həqiqətən də necə demişdim elə də oldu".

İllər əvvəl sənət dostu ilə qonşu olduğunu söyləyən Roza vurğulayıb ki, Aygün yataq xəstəsi olan zamanı ona dəfələrlə yardım edib:

"Canan dünyaya 3 il sonra gəldi. Onun planlanması belə gözümün önündə olub. Elə anlar olurdu ki, Aygün Bəylər çox xəstə olurdu, ağrıları vardı, nasaz idi. Yeməyi bişirib qızım Bənövşəyə verib deyirdim ki, apar qapılarını döy bunu ver, sonra qaça-qaça evə qayıt. O, "Teleteatr" tərəfdə mənim qapı qonşum idi. Yəni mən elə dost idim".

Zərgərli həmçinin bildirib ki, sağlığında Bəylərə həmkarları bir dənə də olsun toy verməyib:

"Son nəticədə Aygün Bəylərin dünyasını dəyişməsini görəndə, o, konsert verəndə və dünyasını dəyişən zaman mən Azərbaycanda deyildim... Nigar Camal ilə Aygün Bəylər 5 il əvvəl birlikdə duet oxumuşdular. O zaman niyə onları "trend" etmirdiniz? Aygün Bəylər acınacaqlı vəziyyətdə və xəstə olanda, konsertinə görə evini girov qoyanda harada idiniz? Niyə Aygün Bəylərə bir dənə də olsun toy və tədbir vermədiniz? Niyə də niyə!? Sənətkar deyib kənardan sevmək çox asan və rahatdır. Əgər fanat kütləsi deyilən bir şey varsa, sağlığında dəyər verilməli idi. Ölü ilə reklam tutmaq, qəbirüstünə getmək, gül qoyub şəkillər çəkdirmək... Aygünün bacısı bağıra-bağıra dedi ki, bacım torpağa tapşırılanda çəkməyin. Amma hərənin əlində olan telefon vardı. Nə olub? Olmaz! Sənətkarın dəyərini sağlığında bilmək lazımdır".

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 7-si, gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO