Azərbaycan şou-biznesinə damğa vuracaq yeni ad SOFİ FAYRO - ÖZƏL/FOTO

Azərbaycan şou-biznesinə damğa vuracaq yeni ad SOFİ FAYRO - ÖZƏL/FOTO

Hazırda oxunan: Azərbaycan şou-biznesinə damğa vuracaq yeni ad SOFİ FAYRO - ÖZƏL/FOTO

175140

Uzun illərdir ki, Rusiyada fəaliyyət göstərən bəstəkar və müğənni Sofi Fayro Azərbaycan şou-biznesinə öz imzasını atıb. Cazibədar musiqiçi müəllifi olduğu "Sevgi yalandır" adlı bəstəsinə çəkilmiş klipinin təqdimatını keçirib.

Bizim.Media-nın obyektivinin qarşısına keçən Sofi yeni layihəsindən ağız dolusu danışıb:

"Adətən şən mahnılar oxuyuram. Amma bu dəfə "dance" ritmlərində qəmgin nəğmə ifa etdim. Cəmiyyətdə hər gün üzləşdiyimiz hadisələr məni bu mahnını yazmağa sövq etdi. Çünki insanların sevgiyə inamı artıq azalıb. Buna isə çox təəssüf edirəm. Ümid edirəm ki, mənim ifamda bu mahnı dinləyicilər tərəfindən bəyəniləcək. İstərdim ki, insanların sevgiyə inamı çoxalsın”.



Müğənni həyatında baş verən yarımçıq sevgilərdən də söz açıb:

“Həyatımda belə məqamlar olub. Sevmişəm, ürəyimi vermişəm amma görmüşəm ki, bu istədiyim məhəbbət deyil. Sevgi acısı yaşamışam. Amma son zamanlar rəfiqələrim və tanışlarım gileylənirlər ki, sevgi yalandır. İndi onlarda daha başqa prioritetlərdir. Mən istəmirəm belə olsun. Bu mahnımda da bu problemə toxunmuşam”. 

Sofi Fayro yeni mahnısına çəkilən ekran işindən danışıb:

“Klipimin ssenarisi mənə məxsusdur. Ekran işində eşqbaz qəhrəman var. Həmin şəxs eyni anda üç qadının hissləri ilə oynayır. Klipin sonunda qadınlar ondan qisasını alırlar və o, tək-tənha qalır. Heç bir qadın ona aid olmur".

Şəxsi həyatını gizli saxlayan cazibədar musiqiçi sevgilisinin olduğunu etiraf edib:


"Şəxsi həyatımı gizli saxlayıram. Amma etiraf edim ki, mən tək deyiləm. Həyatımda birisi var, ümumiyyətlə həyat və münasibət çox çətindir. Hər şeyi təbii ki, zaman bizə göstərir. Yaşayıb, görürük... 

Müsiqiçi bildirib ki, yaşını da gizli saxlayır:

“Mən yaşımın neçə olduğunu açıqlamaq istəmirəm. Bu barədə mənə Moskvada olarkən musiqi prodüserlərinin biri məsləhət vermişdi. Mən də onun bu məsləhətinə əməl edirəm (gülür)".

Rusiya şou-biznesində tanındığını söyləyən S.Fayro 2021-ci ildə keçirilən "Zhara" musiqi festivalındakı uğurlu çıxışından bəhs edib:


"İnkişaf yolundayam. Özümü bu yolda axtarıram. Doqquz ildir ki, Rusiyada yaşayıram. Buna görə də, Rusiya şou-biznesində nailiyyətlərim çoxdur. Belə ki, 2021-ci ildə məşhur  "Zhara" musiqi festivalında çıxış etdim. Çox çətin bir dövr idi. O zaman koronavirus pandemiyası bütün dünyada yayılmışdı. Mahnım da bilavasitə koronavirusa aid idi.  "Sevgi virusu" adlanırdı. O mahnını da özüm yazmışdım. Elə oldu ki, festivalda çıxış etməzdən əvvəl "Covid-19" infeksiyasına tutulmuşdum. Həyatımda bu mahnı ilə bağlı belə hadisələr yaşamışdım".





Rəşad Əliyev, fotoqraf Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO