Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tələbəsi olduğu Azərbaycan Milli Konservatoriyasının önündə ödənişli parklanma ilə bağlı etiraz edib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında videopaylaşım edib.
Məhəmmədoğlu tələbələrin təhsil ocağının qarşısında ödənişli dayanacağın tətbiqindən şikayətçi olduqlarını bildirib:
"Burada 6-7 saat dərsdə oluram. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Konservatoriyanın önündə maşınlarımızı saxlayırıq. Burada ödənişsiz parklanma var idi. Bir neçə gün əvvəl isə buranı da pullu etdilər. Öz və tələbə yoldaşlarımın adından çox xahiş edirəm ki, buradakı ödənişli parklanmanı ləğv edəsiniz.
Bura bulvar, restoran nə də ki, şadlıq sarayıdır. Tələbələr burada təhsil alır. Tutaq ki, biri qazanır, digəri isə qazanmır. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma 8-9 saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələyə bir əncam qılasınız və kökündən həll edəsiniz. Belə olmaz axı, düşünmək lazımdır".
- A-
- A
- A+
Şoutaym
21:42 / 25.01.2024
Hüseyndən ETİRAZ: "Konservatoriyanın önü pullu dayanacaq oldu, tələbələr ödəyə bilmir" - VİDEO
Hazırda oxunan: Hüseyndən ETİRAZ: "Konservatoriyanın önü pullu dayanacaq oldu, tələbələr ödəyə bilmir" - VİDEO
Hazırda oxunan: Hüseyndən ETİRAZ: "Konservatoriyanın önü pullu dayanacaq oldu, tələbələr ödəyə bilmir" - VİDEO
175125
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.