Xəbər verdiyimiz kimi, bu gün ATV-də yayımlanan "Bizimləsən" ictimai-sosial veriliş yarıdan dayandırılıb.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sözügedən kanalın sözçüsü Ozal İbrahimli ilə əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Zaurun verilişinin yayımı dayandırıldı
O bildirib ki, proqramın aparıcısı Zaur Baxşəliyev özünü pis hiss etdiyindən verilişin yayımı yarıdan dayandırılıb:
"Bu gün "Bizimləsən" proqramının son saatında aparıcı Zaur Baxşəliyev özünü pis hiss edib. Ona proqramın son bir saatlıq hissəsinə çıxmamağı və istirahət etməyi tövsiyə olunub. Yayımın dayandırılması ilə bağlı başqa heç bir səbəb yoxdur. Zaur Baxşəliyev sabahdan etibarən işinin başında olacaq".
Rəşad Əliyev, Bizim.Media