Xalq artisti Flora Kərimova həmkarı Xalq artisti Niyaməddin Musayevlə “Zaurla Günaydın” verilişində qonaq olarkən, dodaq-dodağa öpüşməsindən söz açıb.
Bizim.Media xəbər verir ki, 82 yaşlı sənətkar qonaq olduğu “Xeyirli axşamlar” proqramında üzləşdiyi hadisədən danışıb.
“Belə şeylər təsadüfi olmur. Niyaməddinlə olan dodaq-dodağa görüntümüzün fotosunu böyüdüb baxıram... Kişinin doğrudan da zibilə saldım. Amma doğrudan da o an mən Niyaməddinlə dodaq-dodağa idim. Mənə kim zəng edirsə, hamıya hesabat verirəm ki, fikrim yox idi...”, - deyə F.Kərimova vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media