Anasının FOTOSUNU paylaşan İrina Şeyk bənzərliyi ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO

Anasının FOTOSUNU paylaşan İrina Şeyk bənzərliyi ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO

Hazırda oxunan: Anasının FOTOSUNU paylaşan İrina Şeyk bənzərliyi ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO

174925

Dünyaca məşhur tatar əsilli rusiyalı model İrina Şeyk anası Olqa Şeyxlislamova ilə bağlı paylaşımı ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, anasının doğum günü olduğunu bildirən podium ulduzu bu münasibətlə sosial şəbəkə hesabında onun arxiv fotosunu izləyiciləri ilə bölüşüb. 

İzləyicilər Olqa ilə İrinanın bir-birinə bənzədiyini yazıblar. 

Qeyd edək ki, supermodel şaxtaçı və musiqi müəllimi ailəsində anadan olub. İrina atasını 2000-ci ildə, 14 yaşında ikən itirib. Məktəbi bitirdikdən sonra qız Çelyabinskdə təhsil almağa gedib və eyni zamanda “Svetlana” model agentliyi ilə əməkdaşlığa başlayıb. Daha sonra Şeyk yerli gözəllik yarışmasında qalib gələrək “Supermodel 2004” titulunu qazanıb. İndi İrina Los-Ancelesdə yaşayır. 2017-ci ildə İrina Hollivud aktyoru Bredli Kuperdən Leya adlı qızını dünyaya gətirib. Bundan sonra Olqa Şeyxlislamova da ABŞ-a köçüb. O, İrinaya qızını böyütməyə kömək edir və supermodel şoulara gedəndə onunla vaxt keçirir. 


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO