“Yaşadığım o çətinliklərdən sonra düşünürdüm ki, internat evindən çıxan kimi, anam və atamı barışdıracağam. Sadəcə bu, mümkün olmayan məsələ idi. Atam dünyasını dəyişib. Amma dəyişməsəydi də heç bir şey mənim üçün dəyişməyəcəkdi. Zamanla belə onu bağışlaya bilməzdim. İnsan travmalar alanda olmur. Elə şeylər var ki, bağışlamaq olmur”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Aparıcının “Uşaq vaxtı evimizdə tez-tez işıqları ona görə söndürürdüm ki...” sözlərini sənətçi göz yaşı içində belə davam etdirib:
“Qonşudan borca çörək alırdım. Sonra aldığım çörəyi axşama qaytarmalı idim. Mənim evdə olduğumu qonşu bilməsin deyə işıqları söndürürdüm. Mən çox güclü qadın, xanımam. Məni sevənlərə deyirəm ki, çox sağ olun. Mənim artıq heç bir dərdim yoxdur. Çünki iki gözəl balam var. Allaha hər zaman deyirdim ki, hamı ana oldu, amma mənim övladım olmadı. Allah deyirmiş ki, səbirli ol. Hər şeydən əlimi üzdüm. Həkimə belə getməkdən bezmişdim. Çünki damarlarım iynələrdən deşik-deşik olmuşdu. Allaha dedim ki, özümü sənə həvalə edirəm. Necə məni bu dünyaya gətirmisən, istəyimi səndən istəyirəm. Ümidimi hər şeydən üzüb, Allaha sığındım. Heç bir il çəkmədi ki, mən ana oldum”.
- A-
- A
- A+
Şoutaym
09:55 / 24.01.2024
Bahar efirdə AĞLADI: “Qonşudan borca çörək alırdım” – VİDEO
Hazırda oxunan: Bahar efirdə AĞLADI: “Qonşudan borca çörək alırdım” – VİDEO
Hazırda oxunan: Bahar efirdə AĞLADI: “Qonşudan borca çörək alırdım” – VİDEO
174857
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.