Əməkdar artist Dilarə Əliyevanın efirdə söylədiyi monoloq Xalq artisti Mehriban Zəkini göz yaşlarına qərq edib.
Bizim.Media xəbər verir ki, bu anlar isə “Söhbət var” verilişində yaşanıb.
D.Əliyeva kövrələrək bu sözləri dilə gətirib:
“Onunla yoldaş, yol yoldaşı, qan yoldaşı, eyni yeri, göyü, fəzanı, hətta eyni qəzanı paylaşmaq belə alın yazısıdır. Biz yolumuzu düz getdik, nə sağlar, nə sollar ayırmadı. Bizi döngələr ayırmadı, hətta ölüm belə ayırmadı. Əl-ələ verib gedəcəyimiz çox yol var”.
M. Zəki D. Əliyevanın bu çıxışına “Verilişinin bu məqamı sillə vuran olur. Silləni elə vurdun ki... Dilarə, çox sağ ol. Sənin yerin mənim həyatımda, ürəyimdə tamamilə başqadır” fikirlərini çatdırıb.
Qeyd edək ki, ötən il D.Əliyevanın həyat yoldaşı Əməkdar mədəniyyət işçisi, “SOY production”un təsisçisi Oqtay Əliyevin dünyasını dəyişdiyi dəhşətli yol qəzası zamanı avtomobildə Mehriban Zəki də olub.
- A-
- A
- A+
Şoutaym
11:57 / 23.01.2024
Dilarə Əliyeva: “Mehriban Zəki ilə məni ölüm belə ayırmadı” – VİDEO
Hazırda oxunan: Dilarə Əliyeva: “Mehriban Zəki ilə məni ölüm belə ayırmadı” – VİDEO
Hazırda oxunan: Dilarə Əliyeva: “Mehriban Zəki ilə məni ölüm belə ayırmadı” – VİDEO
174715
Raşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.