Bu gün doğum gününü qeyd edən aparıcı Elgiz Əkbərə efirdə sürpriz edilib.
Bizim.Media xəbər verir ki, “Elgizlə izlə” ictimai-sosial verilişində iştirak edən tamaşaçıların üzlərinə Elgizin müxtəlif üz ifadələrindən hazırlanan maskalar taxılıb.
Onlar alqışlarla sözügedən proqramın aparıcısı E.Əkbəri studiyaya dəvət edərək təbrik yağışına tutublar.
Həmin anlar sosial şəbəkələrdə yayımlanaraq müzakirə predmetinə çevrilib.
Rəşad Əliyev, Bizim.Media