Müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə bərabər efirə çıxıb.
Bizim.Media xəbər verir ki, ana-bala “İncə səhər” verilişində qonaq olublar.
Sənətçinin oğlu bildirib ki, səhərlər dolma və südlü sıyıq yeməyi sevir. Bundan başqa Əli anasının deyil, evdə çalışan dayəsinin ona yemək bişirdiyini söyləyib. Proqramın gedişatında verilişin aparıcısı Vüsalə Əlizadə vurğulayıb ki, Şəbnəm efirə övladı ilə çıxması üçün həyat yoldaşı Hacı Ramildən icazə alıb.
Onun bu sözlərini isə müğənni təsdiqləyib:
“Qərarlarımı özüm də verə bilirəm. Amma Əlini hər zaman efirlərə çıxaranda təbii ki, o, atasından icazə alır... O da sizin verilişinizə çıxmaq üçün icazə verdi”.
Şəbnəm oğlunun maraq dairəsindən də söz açıb. O bildirib ki, Əlini futbola, güləşə və şaxmat klubuna yazdırıb. Əli məktəbdə dərslərinin ağır olmasına baxmayaraq, əlavə bir sıra fənlərdən hazırlıqlara da gedir. Şəbnəm oğlu Əlinin gələcəkdə idmançı olmasını istədiyini də dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media