80 yaşını qeyd edən Hacı İsmayılov: “Səhnə mənim üçün müqəddəs məkandır” - VİDEO

80 yaşını qeyd edən Hacı İsmayılov: “Səhnə mənim üçün müqəddəs məkandır” - VİDEO

Hazırda oxunan: 80 yaşını qeyd edən Hacı İsmayılov: “Səhnə mənim üçün müqəddəs məkandır” - VİDEO

174518

“Aktyor başqaların ömrünü öz ömrü kimi yaşayır, öz ömrünü isə başqaların həyatını yaşayan biri kimi. Yeganə sənət növüdür ki, orada sən bir çox insanların həyatını yaşaya bilirsən. Bu başqa yerlərdə mümkün olan şey deyil. Yalnız aktyor sənətinə mənsub olan bir şeydir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri bu gün 80 yaşı tamam olan Xalq artisti Hacı İsmayılov Mədəniyyət Nazirliyinə verdiyi videomüsahibədə deyib. 

Sənətkar aktyor sənəti ilə bağlı dilə gətirdiyi etirafları ilə diqqət çəkib: 

“Səhnə mənim üçün bir həyatdır. Səhnə mənim üçün müqəddəs məkandır. Bu müqəddəs məkanda iştirak etmək, buranın bir iştirakçısı olmaq heç də hər bir insana nəsib olmur. Mən çox sevinirəm ki, həyatımı və ömrümü məhz səhnəyə həsr eləmişəm. Aktyor olmaq, xalq və tamaşaçılar tərəfindən sevilmək heç də hər kəsə nəsib olan nemət deyil. O aktyor xoşbəxtdir ki, həm teatrda çalışır, həm də filmə çəkilir.

O mənada mənim bəxtim gətirib. Əvvəlcə teatrda çalışmışam, sonra isə filmlərə çəkilmişəm. Kino ilə teatr kəsişən paralellərdir. Burada yaxınlıq da var, uzaqlıq da. Amma fərq çox böyükdür. Teatr aktyoru filmə çəkilə bilər. Amma kino aktyorlarının gəlib teatrda fəaliyyət göstərməsi o qədər mümkün olan məsələ deyil.
Çox zaman bu, alınmır. Sən teatrda tamaşaçını geyimin, saqqalın, qrimin, səsinlə aldada bilirsən. Amma kinoda bu, mümkün deyil. Kinoda gərək o qədər təbii və səmimi olasan ki, sənə baxan tamaşaçı inana bilsin. Yaxşı aktyor olmaq üçün aktyor sənətini sevməlisən və heç bir iddian olmamalıdr. Aktyor sənətinin qəribə bir xüsusiyyəti var. Əgər sən bundan sui-istifistifadə edirsənsə,  o, gec-tez səndən mütləq intiqam alacaq”. 

Bizim.Media kollektivi adından Xalq artisti Hacı İsmayılovu 80 yaşı tamam olması münasibəti ilə təbrik edirik. Sizə yaradıcılığınızda müvəffəqiyyətlər və can sağlığı arzu edirik.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO