Zaur Rzayev: “İndi oğlan ifaçıların səsindən qadın

Zaur Rzayev: “İndi oğlan ifaçıların səsindən qadın "iyi" gəlir“ – VİDEO 

Hazırda oxunan: Zaur Rzayev: “İndi oğlan ifaçıların səsindən qadın "iyi" gəlir“ – VİDEO 

174500

“Qəribədir, bir nəfər yüz nəfər kimi, yüz nəfər də bir nəfər kimi oxuyur. Yəni səslər bilinmir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev qonaq olduğu “Dikdaban” verilişində deyib. 

Sənətkar kişi müğənnilərin kişi səsi ilə oxumadığını vurğulayaraq, onları tənqid edib: 

“Kişi oxuyanda bilməlisən ki, kişi səsidir. Elə oxuyan oğlanlar var ki, səsindən qadın "iyi" gəlir, tembri yoxdur. Hamısına şamil etmirəm. Hamının səsi var, oxumalıdır? Oxumaq səsi o qədər gözəl olmalıdır ki...
Səs var ki, 10 metr qarşıya çatmır. O qədər aparat var ki, hara istəyirsən, səsi qaldır. Ya da başqa bir müğənninin səsini qoyur, oxuyur. Senzura, baxan yoxdur. İndi məqsəd odur ki, oxuyum, məni toya aparsınlar. Ya da müğənni oxumağa yalvarır ki, məni yaşat, qabağa ver. Bu, sənət deyil, elə bil, bazarda göyərti satırlar”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO