İrina Şeyk bu dəfə Formula 1 ulduzu ilə GÖRÜNTÜLƏNDİ - FOTO

İrina Şeyk bu dəfə Formula 1 ulduzu ilə GÖRÜNTÜLƏNDİ - FOTO

Hazırda oxunan: İrina Şeyk bu dəfə Formula 1 ulduzu ilə GÖRÜNTÜLƏNDİ - FOTO

174469

Nyu-Yorkda Tom Bradi ilə görüşündən cəmi bir neçə gün sonra tatar əsilli dünyaca məşhur model İrina Şeyk bu dəfə Parisdə yeni yoldaşı, britaniyalı yarış pilotu Lyuis Hamiltonun yanında görüntülənib.

Bizim.Media xəbər verir ki, məşhurlar "sevgi şəhəri"nə şam yeməyinə getmək üçün birlikdə dəbdəbəli avtomobilə minərkən paparassilərin obyektivinə yaxalanıblar.

İrina artıq onun üçün ənənəvi qara "total look" ("təpədən-dırnağa" kimi qara rəngdə) geyim geyinib.

Şeyk üzərinə dərin dekolteli kofta, mini ətək, "tayt", bağlı ayaqqabı və həcmli dəri palto geyinib. Onun görünüşünün yeganə diqqət çəkən detalı qırmızı "Chanel" markasına məxsus əl çantası olub. Podium ulduzu, imicini tamamlamaq üçün aksesuar olaraq böyük halqa sırğalardan istifadə edib.
Lyuis Hamiltona gədikdə isə ağ pencək, geniş qəhvəyi şalvar və "look"una uyğun idman ayaqqabısı geyinib. 

Qeyd edək ki, tatar model və Formula 1 ulduzu artıq bir neçə dəfə birlikdə görüntülənib. Bir vaxtlar onların romantik münasibətdə olduqları haqda şayiələr yayılsa da, zaman keçdikcə bu söz-söhbətlər səngiyib. Keçən il Jerar Pike ilə qalmaqallı ayrıldıqdan sonra Lyuis Şakira ilə münasibətdə olmaqda şübhəli bilinib və İrina başqa bir idmançı, futbolçu Tom Bredi ilə görüşməyə başlayıb. Bir həftədən az bir müddət əvvəlsl cütlük "Brasserie Fouquet's New York" restoranında bir axşam keçirib.





Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO