53 yaşlı Naomi Kempbell podiumda GÖZ QAMAŞDIRDI - FOTO/VİDEO

53 yaşlı Naomi Kempbell podiumda GÖZ QAMAŞDIRDI - FOTO/VİDEO

Hazırda oxunan: 53 yaşlı Naomi Kempbell podiumda GÖZ QAMAŞDIRDI - FOTO/VİDEO

174467

Paris Moda Həftəsi çərçivəsində "Balmain" markasının yeni kişi kolleksiyasının nümayişi baş tutub.

Bizim.Media xəbər verir ki, şouda iştirak edən modellər arasında yeganə qadın 53 yaşlı "Qara pantera" ləqəbi ilə məşhurlaşan dünya şöhrətli model Naomi Kempbel olub.

Bu dəfə brendin kreativ direktoru Olivier Rousteing müxtəlif rənglər, teksturalar və siluetlərdən ibarət çox parlaq kolleksiya yaradıb.

Dizayner əsasən insan üzündən ilhamlanıb - məsələn, bəzi məhsullar dodaqlar və ya gözlər şəklində printlərlə bəzədilib, qeyri-adi aksessuarlar isə modellərin üzlərinə diqqət çəkib. 

Dəb gecəsini bağlayan Kempbell podiuma üzünü ortadan əyani şəkildə ayıran qızıl zinət əşyaları taxaraq çıxıb.

Onun əyni aşağı dekolteli bej rəngli kofta, qara hündür şalvar, qara çəkmə və açıq qəhvəyi rəngli həcmli palto bəzəyib. 

Həmçinin onun obrazının mühüm detalı kəmərə bərkidilmiş, əlində metal buket tutan süni əllər olub.

Sosial şəbəkə əhli 53 yaşlı britaniyalı supermodelin həm geyiminə, həm də xarici görünüşünə heyran qalıblar. 

Bir çoxları podium ulduzunun bu yaşına baxmayaraq bir neçə onilliklər ərzində praktiki olaraq dəyişməz qalmağı bacardığına təəccüblənirlər.
 




Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO