Vasif Məhərrəmli: \

Vasif Məhərrəmli: \"İtaliyadan aldığım şalvarı kəsdirib jilet tikdirdim\" - VİDEO

Hazırda oxunan: Vasif Məhərrəmli: \"İtaliyadan aldığım şalvarı kəsdirib jilet tikdirdim\" - VİDEO

174461

Aparıcı Elgiz Əkbər Əməkdar artist Vasif Məhərrəmlinin hamıdan gizlətdiyi sirrinin üstünü efirdə açıb.

Bizim.Media xəbər verir ki, Elgiz bu haqda aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.

Proqramda qonaq olan Vasifə Elgiz "Əynindəki jilet şalvar idi. İndi bu necə oldu? Nəsə anlaya bilmədim. Şalvarın elə xoşuma gəlmişdi ki... Bu indi necə oldu jiletə çevrildi. Sən mənim canım, kəsib şalvarı jilet eləmisən?" gülərək, fikirlərini dilə gətirib.

Məhərrəmli isə Əkbərin bu sözlərinə belə cavab verib:

"Bəli, mən şalvarı kəsib, ondan jilet tikdirmişəm (gülür). Bu əynimdəkini İtaliyadan almışdım. Hansı brendə məxsus olması ilə baxanda dərhal bilinir. Çox da xoşuma gəlirdi. Sən də Elgiz bunu əynimdə görmüşdün. Günlərin bir günü həmin şalvar partladı və cırıldı. Mənim də şalvarın parçasından çox xoşum gəldiyi üçün dərzi dostlarım sağolsunlar, ondan mənim üçün jilet tikdilər".
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO