"Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova elm və təhsil naziri Emin Əmrullayevə videomüraciət ünvanlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi son günlər uşaqlar arasında yayılan qızılca və resperator virus infeksiya xəstəliklərinə görə, qızı üçün narahatlıq keçirdiyini və bu səbəbdən dərslərin onlayn şəkildə keçirilməsini istəyib.
“Uşaqlar arasında qızılca, qrip, göy öskürək, sarılıq yayılıb. Bəzən ölümlə nəticələnir. Bir ana kimi elm və təhsil naziri Emin Əmrullayevə müraciət edirəm. Dərslər onlayn sistemə keçirilsin”, - deyə Günel vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media