Fanatları Madonnanı məhkəməyə verib

Fanatları Madonnanı məhkəməyə verib

Hazırda oxunan: Fanatları Madonnanı məhkəməyə verib

174316

Madonnanın pərəstişkarları müğənninin dekabrın 13-də Nyu-Yorkda verdiyi konsertdə səhnəyə gecikdiyini iddia edərək onlara  dəymiş ziyanı tələb ediblər.

“Celebration” turnesindən bir müddət əvvəl Madonna ciddi bakterial infeksiya keçirərək reanimasiyaya yerləşdirilib.

Müalicə aldıqdan sonra dünya turnesinə başlayan ulduz musiqisevərlərlə görüşməyə davam edir. Müğənni Nyu-York konsertində səhnəyə gec çıxıb.

Bizim.Media xəbər verir ki, konsertlərinə gec başlamaq müğənnidə adət halını alıb. Bundan qəzəblənən fanatları Madonnanı məhkəməyə verib.

Michael Fellows və Jonathan Hadden konsertin 20:30-da başlamalı olmasına baxmayaraq, saat 22:30-da başladığını bildiriblər. İkili qeyd edib ki, konsertin gec başa çatması ictimai nəqliyyat imkanlarını azaltdığından konsert izləyicilərini çətin vəziyyətə salır.
Oxşar hallar 2016 və 2019-cu illərdə də baş verib. 2016-cı ildə “Rebel Heart”  turnesinə çıxan Madonna konsertə  iki saat gec gəldiyi üçün tənqidlərə tuş gəlmişdi.

Bundan qəzəblənən fanatlar müğənnini və konsert təşkilatçılarını məhkəməyə veriblər.

Ötən il isə “Renaissance” adlı dünya turu çərçivəsində Vaşinqtonda iki saatlıq gecikmə ilə səhnəyə çıxan Beyonce, konsertdən sonra metroya   100 min dollar ödəyib ki, fanatları evə rahat gedə bilsin.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO