Peşmanlıq çəkən Şəbnəm: “Çox istifadə olundum” – VİDEO 

Peşmanlıq çəkən Şəbnəm: “Çox istifadə olundum” – VİDEO 

Hazırda oxunan: Peşmanlıq çəkən Şəbnəm: “Çox istifadə olundum” – VİDEO 

174112

“Ailə insanın özəlidir. Gərək, mən ailəm haqqında zamanında danışmazdım. Ailəmdən danışdığım üçün peşmanam. Ailəm haqqında yazılan xəbərlər, atılan böhtanlar üçün çox peşmanam. Bütün bunlar zaman-zaman həyat yoldaşımla münasibətlərimizə təsir edirdi. Nə yaxşı ki, mən və həyat yoldaşım güclüyük. Nə yaxşı ki, özüm hər şeyə nəzarət edə biləcək bir insanam. Amma insanın həyatında elə şeylər olur ki, bəzən o şeyləri, efirdə “mən, ailə, sevdiyim, sevmədiyim, qızım, oğlum” kimi məsələləri açıb-tökmək olmur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu (Əsədova) qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi bildirib ki, zamanında efirlərdə ailəsi barəsində danışdığı üçün indi peşmanlıq hissi çəkir: 

“Bütün efirlərdən, aparıcılardan xahiş etmişəm, ailəmlə bağlı sual verməsinlər. Çünki zamanında bununla bağlı çox zərbələr almışam. Qızımla bağlı suallar verməyin. Oğlum Əli canım, həyatımdır. Əli taksiyə oturanda belə deyir ki, mən Şəbnəm Tovuzlunun oğluyam. Əli böyüdükcə ona da başa salıb deyirəm ki, demə ki, mən Şəbnəmin oğluyam. Bu, pis bir şey deyil. Amma mən nələrisə anlayıb, deyirəm. Atanın adını söylə.

De ki, mən filankəsin (Şəbnəmin həyat yoldaşı Hacı Ramildir – red.) oğluyam. Çünki sən kişisən! Ailə mövzuları haqqında efirlərdə artıq danışmaq istəmirəm. Çünki onu başqa yerlərə yozurlar. Orada yazılan şərhləri oxuyanda isə mənə çox pis təsir edir. Övladlarıma da demişəm ki, ananın adını çöldə deməyin. Atanızın adını çəkin. Məncə, ailə və iki sevən arasında olan məsələlər öz aralarında olsa, daha yaxşıdır.

Efirlərə yansıtmaq olmaz. Düzdür, mən sənətçiyəm və məşhur insanların şəxsi həyatları insanlar, tamaşaçılar üçün hər zaman maraqlıdır. Amma o marağı aşırı dərəcə aşmaq lazım deyil. Zamanında mən o həddi bildim. Amma mənim efir təcrübəm olmadığından, çox istifadə olundum, çox deyildim və buna görə də çox peşmanam”. 
Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO