Dünyaca məşhur repçi Snup Doqun ailəsində dəhşətli hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, sənətçinin yeganə 24 yaşlı qızı Kori Broadus ağır insult keçirib.
Bununla bağlı repçinin qızı sosial şəbəkə hesabında məlumat yayıb.
Kori xəstəxana otağından çəkilmiş fotoya “Mənə bunu deyəndə ağlamağa başladım. Mənim cəmi 24 yaşım var. Keçmişdə buna layiq olmaq üçün nə etmişəm?” şərh yazıb.
Kori səhhəti ilə bağlı başqa təfərrüatları açıqlamayıb. Bununla belə, insultun ona altı yaşında diaqnoz qoyulan “lupus” səbəb ola biləcəyi güman edilib. “Page Six” nəşrinin məlumatına görə, o, uzun illər həm fiziki, həm də əqli cəhətdən özünü pis hiss edib. 2021-ci ildə Kori intihara cəhd etdiyini etiraf edib. “Lupus” xroniki bir xəstəlikdir, lakin simptomlar yatırıla bilər.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:51 / 19.01.2024
Snup Doqun qızı 24 yaşında insult keçirdi - FOTO
Hazırda oxunan: Snup Doqun qızı 24 yaşında insult keçirdi - FOTO
Hazırda oxunan: Snup Doqun qızı 24 yaşında insult keçirdi - FOTO
174102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.