Şəbnəm Tovuzlu: “Bahalı hədiyyələrlə başı aldadılan xanım deyiləm” - VİDEO

Şəbnəm Tovuzlu: “Bahalı hədiyyələrlə başı aldadılan xanım deyiləm” - VİDEO

Hazırda oxunan: Şəbnəm Tovuzlu: “Bahalı hədiyyələrlə başı aldadılan xanım deyiləm” - VİDEO

173952

“Mən gözü tox xanımam. Bahalı hədiyyələrlə baş allada biləcək biri deyiləm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu (Əsədova) qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Şəbnəm bir kişinin özünü bağışlatmaq üçün xanımına hədiyyə etməsinə qarşı çıxıb və bunu yolverilməz sayıb: 

“Sevən kişi hədiyyə ilə qadının önündə özünü bağışlatmaz. Sevən insan hər zaman fədakar olur. Bu insanlar üçün hər gün bayram olur. Şəxsən özümdən deyirəm ki, bir bəydə fədakarlığı çox sevirəm. Hədiyyə vermək baş aldatmaq kimidir. Belə olanda isə xanım yalnız bəyin cibinə və verdiyi hədiyyəyə baxacaq”. 
Qeyd edək ki, bir müddət əvvəl müğənni Vəfa Şərifova həyat yoldaşı, iş adamı Famil Xəlilovla ayrıldığını açıqlamışdı. Vəfa bildirib ki, qarşı tərəf onunla barışmaq üçün əvvəlcə “Ağ şəhər” ərazisində, daha sonra isə Dubayda ona mülk bağışlayıb.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO