Gökhan Özendən botoks iddialarına REAKSİYA - VİDEO

Gökhan Özendən botoks iddialarına REAKSİYA - VİDEO

Hazırda oxunan: Gökhan Özendən botoks iddialarına REAKSİYA - VİDEO

173745

Bir neçə gün əvvəl media nümayyəndələrinə müsahibə verən Türkiyəli müğənni Gökhan Özenin üzündəki dəyişiklik görənləri heyrətləndirib. Gökhan estetik müdaxilənin fəsadını gözdən yayındırmaq üçün üzünü qalın qat makiyaj edib. Lakin bu aldadıcı effekt onun köməyinə çatmayıb. Sənətçinin botoks etdirərək xoş olmayan nəticə əldə etməsi sosial şəbəkədə geniş müzakirə yaradıb.

Bizim.Media xəbər verir ki, 44 yaşlı sənətçi haqqında yazılan neqativ dolu şərhlərə son qoymaq üçün sosial şəbəkə hesabında videoaçıqlama yayıb.

Makiyajsız, ev halında kamera önünə keçən Özen bildirib ki, botoks yox estetik etdirib:

"Üzümdə heç nə yoxdur. Sadəcə göz ətrafında bir əməliyyat keçirmişəm. Onu da sağlamlıq baxımından, məcburiyyətdən keçirmişəm. İlk və son dəfə belə bir açıqlama verirəm. 

Mənim kefimi heç kim poza bilməz. Məni sevən insanların kefini bu xəbərlərlə pozmayın. "Gökhan botoks etdirib" deyən insanlara söyləmək istəyirəm ki, bu, iftiradır. Bunun yalan olması isə çox asandır (bu anda üzünü kameraya yaxınlaşdıraraq alnını qırışdırır). Üzümdə botoks olmadığı çıxır ortaya".
Qeyd edək ki, Türkiyəli müğənni Rafet El Romanın da ötən həftə Bakıdakı konsertindən çox üzündə etdirdiyi estetik əməliyyatı sosial şəbəkədə gündəm olub. 55 yaşlı ifaçı botoksla qaşlarını qaldırıb, yanaqlarını, dodaqlarının künclərini doldurub, eyni zamanda alnına da əl gəzdirib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO