İlkin Həsəni bloger həyat yoldaşından BOŞANIB? - FOTO

İlkin Həsəni bloger həyat yoldaşından BOŞANIB? - FOTO

Hazırda oxunan: İlkin Həsəni bloger həyat yoldaşından BOŞANIB? - FOTO

173662

Aparıcı və aktyor İlkin Həsəni bloger həyat yoldaşı Ayseldən boşanıb. 

Bizim.Media xəbər verir ki, bu haqda “Qafqazinfo”ya ailəyə yaxın olan mənbə məlumat verib. 

Onun sözlərinə görə, cütlük arasında uzun müddətdir soyuq münasibət var, onlar bir müddət əvvəl boşanmaq istəsələr də, Ayselin ikinci uşağa hamilə olması bu məsələni təxirə salıb. 
Aysel ötən ilin sentyabrında ikinci övladını dünyaya gətirib. Daha bir diqqətçəkən məqam isə, İlkinlə Ayselin instaqramda bir-birini izləmədən çıxarması və birlikdə olduqları fotoları silmələridir. Ayselin son paylaşımlarında da İlkin yer almır.

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı İlkin Həsəni ilə bir neçə dəfə əlaqə saxlasa da, o, zəngləri cavabsız qoyub. 

Qeyd edək ki, bir müddət əvvəl də İlkin və Aysel cütlüyünün boşandığı deyilsə də, sonra onlar bu məlumatın əsassız olduğunu vurğulamışdılar. 




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO