Britninin kitabı Castinin evliliyini MƏHV ETDİ: “Arvadından boşanmaq üzrədir” 

Britninin kitabı Castinin evliliyini MƏHV ETDİ: “Arvadından boşanmaq üzrədir” 

Hazırda oxunan: Britninin kitabı Castinin evliliyini MƏHV ETDİ: “Arvadından boşanmaq üzrədir” 

173651

Xəbər verdiyimiz kimi, keçən ilin payızında dünyaca məşhur pop ulduz Britni Spirs 19 yaşlı keçmiş sevgilisi, həmkarı Castin Timberleykin onu abort etdirməyə məcbur etdiyini etiraf etdiyi “Məndəki qadın” adlı xatirə kitabı işıq üzü görüb.

Müğənni qalmaqallı kitabında qeyd olunub ki, Castin ata olmağa hazır olmadığına görə onu abort etdirməyə məcbur edib. Bir müddət sonra Timberleyk telefonda Spirsə mesaj yazaraq, onu tərk edib. Hətta o zaman Timberleykin həyat yoldaşı Cessika Bielin ərinin gizlətdiyi keçmişindən dəhşətə gəldiyi məlum olub. 

Bizim.Media xəbər verir ki, bu günlərdə məlum olub ki, 12 il əvvəl evlənən 41 yaşlı Cessika və 42 yaşlı Castin boşanma ərəfəsindədir. 

Bəzi məlumatlara görə, Timberleyk və Biel birlikdə yaşadıqları evi satışa çıxarıblar. Bundan əlavə, onlar hazırda maliyyə məsələlərini həll edirlər.

“Yahoo Life & Style”a müsahibə verən cütlüyə yaxın mənbə bildirib ki, aşiqlər hətta psixoloji terapiya da keçib, lakin bu, yalnız bir müddət kömək edib.

Aydındır ki, Timberleyk ailəsindəki ixtilaf nə dünən, nə də Spirsin xatirələrinin dərc olunduğu gün baş verib. Lakin Britninin açıqlamaları Cessikaya kökündən təsir edə bilər. Spirs abortla yanaşı, sevgilisi Timberleykin başqa məşhur qızla onu aldatdığını da etiraf edib. 
Qeyd edək ki, Castin Britni ilə 2002-ci ildə ayrılıb və yalnız 5 il sonra müğənni Cessika ilə görüşməyə başlayıb. Yeri gəlmişkən, Bill və Timberleyk 2011-ci ildə ayrılıb və elə həmin il sevgililər yenidən bir araya gələrək nişanlanıb. Cütlüyün iki oğlu var. 




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO