''Səidə Sultanın səsin yayıb biabır edərəm'' - Əminə Şirindən SENSASİYALI AÇIQLAMALAR

''Səidə Sultanın səsin yayıb biabır edərəm'' - Əminə Şirindən SENSASİYALI AÇIQLAMALAR

Hazırda oxunan: ''Səidə Sultanın səsin yayıb biabır edərəm'' - Əminə Şirindən SENSASİYALI AÇIQLAMALAR

17358

Müğənni Əminə Şirin həmkarı Səidə Sultanı polisə verməsindən danışıb.

Bizim.Media-nın məlumatına görə, "MTV Azərbaycan"a açıqlama verən ifaçı bildirib ki, Səidə Sultan onun valideynlərini təhqir edib:

"İllər əvvəl dəstəyə ehtiyacım var idi. Qonşu telekanalların birində tanışlarımın dəstəyi ilə veriliş açmaq istədim".
 

"Bunların sayəsində o planım da baş tutmadı. Bu qız gəldi verilişə, canlı oxuduq. Daha sonra eşitdim ki, bu çəkiliş efirə getməyəcək. Bu hadisə 3 il əvvəl baş verib. Məni də başa düşmək lazımdır ki, əgər veriliş çəkirəmsə, bunun maddiyyatı var".


"Düşünmədi ki, bu qız da əziyyət çəkib. Bundan sonra aramızdakı münasibət pisləşdi. Çıxıb efirdə "Doli" oxumaq o demək deyil ki, yaxşı ifaçısan".

Yaxşı qız başa düşməlidir ki, telefonla zəng vurub valideyni təhqir etmək olmaz. Gəl, çıx qarşıma, görüm üzümə valideyn söyüşü söyə bilərsən? Deyir ki, o da məni təhqir edərdi. Heç vaxt valideyn söyüşü qaytarmaram.

Çünki mənim üçün müqəddəs deyilən bir şey var, o da ailədir. O isə bunu dərk etməz.

Gündəmə gəlmək üçün nənəsini efirə gətirib, üzünə tüpürən adam onu başa düşməz.
 

Valideynimi söyə bilməzsən, onlar mənim övladıma baxır. Onlar üçün ölümə gedərəm. Axıra kimi gedəydin də, niyə telefonu bağlayıb məni "qara siyahı"ya atdın? Gedərdin də axıra kimi...


Özü üçün səhnədə obraz yaradıb, kişinin qızı "Doli" oxuyur. Valideyn söymək düzgün hərəkətdir? Özümü söyərdin.

Sənə valideyn söyüşü söymərəm. Bir kəlmə dedim ki, yerini de, haradasan? Qarşıma bir də çıxma deyib, bağladın telefonu. Özü üçün ad götürüb ki, bakılıyam.

Bakılı yox, göyçaylısan. Bütün bölgələrimizə can qurban. Amma sən yerini danma.

Deyir, tanışım getdi polisdə səsimə qulaq asdı. Sənin səsin məndə olsaydı, indi səsini yayıb səni biabır edərəm. Onun səsini mənə atıblar, telefonumda var. Dostlarım deyir ki, yay, o olsa, edərdi. Deyirəm, mən insanları açıq yerindən vurmaram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO