Atasının bu sözləri Türkanı efirdə AĞLATDI:

Atasının bu sözləri Türkanı efirdə AĞLATDI: "Onların xətrinə dəymişəm" - VİDEO

Hazırda oxunan: Atasının bu sözləri Türkanı efirdə AĞLATDI: "Onların xətrinə dəymişəm" - VİDEO

173565

Müğənni Türkan Vəlizadənin atası Sələddin bəy ilk dəfə efirə çıxıb.

Bizim.Media xəbər verir ki, "İncə səhər" verilişinə müsahibə verən sənətçinin valideyni bildirib ki, artıq beş ildir Türkan ona işləməyə icazə vermir.

"Türkan uşaq olanda çox dəcəl olub. O, öz işi ilə məşğuldur. Onun haqda başqa heç nə deyə bilmərəm. O, mənə gözəl övlad olub. Düzdür, Türkan mənə artıq 5 ildir ki, işləməyə icazə vermir. Əməliyyat olundum və mənə söylədi ki, “hər zaman işləyib bizi dolandırmısan. İndi işləmə!” Dedi ki, “bundan sonra sizə biz üç qız övladı baxmalıyıq”. Ona söylədim ki, qoy, mən də işləyib, sizə kömək olum, amma Türkan buna icazə vermədi. Türkan heç zaman istəməyib ki, biz əziyyət çəkək. O istəyir ki, əziyyətli günlərimiz arxada qalsın, bu qalan günləri isə yaxşı keçirdək. 

Türkan çox zəhmətkeçdir. Onun çox böyük zəhmətləri var bizim üzərimizdə. Hər zaman deyirəm ki, Türkan mənə qız yox oğuldur. O harasa gedəndə gəlir biz valideynləri ilə məsləhətləşir. Məsləhət olanda get, olmayanda getmə deyirəm. Türkan hər səhər evdən çıxıb işlərinin arxasıyca gedəndə onun üçün dualar oxuyuram. Ata xeyr-duası çox önəmlidir. 
Səhər tezdən oyananda Allaha yalvarıb deyirəm ki, qızlarımın ruzisini ver, onları qoru. Türkan evə gecə saat 01:00-da da 04:00-da da gəlsə belə həyat yoldaşımla oturub onun yolunu gözləyirik. Onun önündə yeməyini düzürük ki, o yorğundur gec saatlarında məclisdən evə gəlir. Türkan yaxşı övladdır", - deyə müğənninin atası vurğulayıb.

Atası Sələddin bəyin kövrək və etiraflarla dolu süjetini izlədikdən sonra T.Vəlizadə valideynlərinin xətrinə dəydiyi üçün onlardan efir vasitəsilə üzr istəyib:

"Valideynlərimin xətrinə çox dəymişəm. Çünki işimlə bağlı uzaqlarda olmuşam. Onları yuxusuz qoymuşam. Buna görə də valideynlərimdən üzr istəyirəm (ağlayır). Mənim atamı və anamı əvəz edən heç bir kişi olmaz. Çünki mənim ilk və son sevgim də atamdır. Bu hər zaman belə olaraq qalacaq (ağlayır).
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO