Aygün Bəylərdən danışan Röya:

Aygün Bəylərdən danışan Röya: "Çox xətrimə dəymişdi, amma istəyərdim ki..." - VİDEO 

Hazırda oxunan: Aygün Bəylərdən danışan Röya: "Çox xətrimə dəymişdi, amma istəyərdim ki..." - VİDEO 

172982

Xalq artisti Röya Ayxan mərhum sənətkar Aygün Bəylərlə aralarında yaranan küsülülükdən danışıb. 

Bizim.Media BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi bu barədə "İncə səhər" proqramına açıqlamasında aralarında inciklik olmasına baxmayaraq, Bəylərin vəfatına görə kədərləndiyini bildirib: 

"Bu hadqa mən çox dərin danışmaq istəmirəm. Çünki həmin adamı dərin tanımırdım. Yalan olmasın. O mənim çox xətrimə dəymişdi. Doğurdan da küsmüşdüm. Lakin bu hadisədən sonra başa düşdüm ki, çox az ömrümüz var, bilmək olmur sabah nə olacaq. 

Ona görə nə könül qıraq, nə də ki kiminsə pis enerjisini içimizdə aparaq. Mən çox istəyərdim ki, o yaşasın. Çünki bir balası var. Amma o ömür boyu da yaşayacaq". 
Xatırladaq ki hər iki məşhur arasında 6 il əvvəl qalmaqal yaşanıb. Aygün Bəylər verilişlərin birində “Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur. Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyəyə qaldırmağa ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən” deyərək qalmaqal yaradacaq fikir səsləndirmişdi.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO