Məşhurlar dünyasını dəyişən Gülbahar Şükürlünü belə xatırladılar – VİDEO

Məşhurlar dünyasını dəyişən Gülbahar Şükürlünü belə xatırladılar – VİDEO

Hazırda oxunan: Məşhurlar dünyasını dəyişən Gülbahar Şükürlünü belə xatırladılar – VİDEO

172157

Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlü bir neçə dəqiqə əvvəl uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Bir çox məşhurlar qarmon ustasının vəfatı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edərək, Gülbahar xanımla bağlı xatirələrini bölüşüblər.

Bizim.Media xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) ötən il aparıcısı olduğu "Ümid ilə gəl" ictimai-sosial verilişində səhhəti ağırlaşan G.Şükürlünü efirində qonaq edərək, onun müalicəsi üçün sənət adamlarını maddi dəstək durmağa çağırmışdı. 

Proqramda qonaq olan Əməkdar artisti Kübra Əliyeva bildirib ki, dünyasını dəyişməzdən əvvəl həyat yoldaşı Zahid bəy Gülbahar xanıma dayaq olub.

Qarmon ifaçısı isə verilişdə "Elə düşünürəm ki, həyat yoldaşım Zahid mənim dərdimdən dünyasını dəyişdi".
Daha sonra müğənnilər Şəbnəm Tovuzlu, Nəfəs, Zeynəb Həsənova və Vəfa Şərifova G.Şükürlünün müalicəsi üçün ona maddi dəstək duracaqlarını söyləyiblər.

Qeyd edək ki, sözügedən verilişdə qonaq olan Gülbahar Şükürlü açıqlamasında bildirmişdi ki, daha öncəki müalicələri üçün qızıllarını, evini və bağ evini satıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO