Hacı Nuran xərçəng olan Gülbahar Şükürlüyə baş çəkdi:

Hacı Nuran xərçəng olan Gülbahar Şükürlüyə baş çəkdi: "Vəziyyəti yaxşı deyil" - FOTO

Hazırda oxunan: Hacı Nuran xərçəng olan Gülbahar Şükürlüyə baş çəkdi: "Vəziyyəti yaxşı deyil" - FOTO

172152

Xəbər verdiyimiz kimi, onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlü aylar əvvəl səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Həkim müdaxiləsindən sonra ötən ilin noyabrın 3-də qarmon ustasının vəziyyəti yaxşılaşdığı üçün xəstəxanadan evə buraxılmışdı.

Bizim.Media xəbər verir ki, aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov yeni ilin ilk günlərində qarmon ustasına baş çəkib.

Hacı Nuran G.Şükürlü ilə çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşaraq onun səhhətinin ağır olduğunu və mütəmadi müalicələr aldığını yazıb:

"Yeni il gecəsi Gülbahar Şükürlüyə baş çəkdim. Düzdür, vəziyyəti elə də yaxşı deyildi. Amma həyat doludur. Ona şəfa diləməkdən başqa əlimizdən heç nə gəlmir. Yastığın yüngül olsun, sənətkar!"
Qeyd edək ki, aylar əvvəl Gülbahar Şükürlü Bizim.Media-ya açıqlamasında bildirmişdi ki, Maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi zamanı onun başında xoşxassəli şiş aşkarlanıb.

Qarmon ustası şişin ölçülərinin kiçik olduğuna görə əməliyyata ehtiyac olmadığını vurğulayıb. O, müalicələr aldığını söyləyib. 



Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO