Zeynəb Xanlarova:

Zeynəb Xanlarova: "Məni xalqın gözündən salmaq üçün üstümə iftira atırlar" - VİDEO

Hazırda oxunan: Zeynəb Xanlarova: "Məni xalqın gözündən salmaq üçün üstümə iftira atırlar" - VİDEO

172134

“Mən namuslu ailədən çıxmışam. Heç zaman xalqımı, dövlətimi heç nəyə satmaram. Sevmişəm xalqımı. O qədər açıq danışan insanam ki, bundan istifadə edirlər. Xain insanlar olmayan şeyləri məsələn - müəllimlərin pulları kəsildi, uşaq pullarını kəsdi... Sübut edin ki, bu sözləri mən nə zaman demişəm. Əgər Milli Məclisdirsə, Milli Məclisin arxivində belə şeylər yoxdur. Bunu deməklə siz mənim 50 il də yığdığım məhəbbəti, sevgini azalda bilməzsiniz. Pislik yalnız sizə qalar. Mən xalqımı, dövlətimi sevmişəm və nə qədər ömrüm var, sevəcəyəm. Məni xalqdan bir ölüm ayıra bilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Zeynəb Xanlarova sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib.

Sənətkar onun adından bütün mətbuata  “Uşaq və müəllim pullarının kəsilməsi” fikirlərini yayan jurnalisti ifşa edərək, bu sözlərin ona aid olmadığını diqqətə çatdırıb:

“Heç kimin danışmadığı vaxtda elə sözlər danışmışam ki, o danışdıqlarımı yenidən təkrar etmək istəmirəm. Yazan insanlar, adımdan sözlər qoşur-düzəldir... Axı sən o çörəyi necə yeyirsən, jurnalist? Sən mənimlə danışmısan, heç eşitmisən o sözü ki, haqqımda deyirsən ki, mən demişəm ki, uşaq pulu kəsilsin. Tutalım ki, o məni sevməyən insandır və haqqımda nələrsə deyir. Deməli, o nə desə, sən də onu yazmalısan? Düzgün deyil. Biraz Allahdan qorxun. Əgər indiki yaşayışınızda Allahdan qorxmursunuzsa, o biri dünyada qorxun. Boğazınızdan yapışacaqlar ki, sən niyə bu iftiranı, olmayan şeyi bu insana yapışdırmısan?!

Özü də elə edirlər ki, bu xalqın ən yaralı yeridir – “uşaq və müəllimlərin pulu” məsələsi. Mən əksinə müəllimləri istəməsəm heç deyərəm ki, "Müəllim şabalıd satır?” Gör o nə vəziyyətdədir ki, uşağını qoyub gedib şabalıd satır ki, onu saxlasın. Bu sözləri deyən Zeynəb ola bilər ki, desin ki, uşaq pulunu verməsinlər?
30 ildir ki, siz jurnalist oturmusunuz parlament inclasında, deyin ki, nə zaman mən o sözləri demişəm ki, məni bu xalqın gözündən salmaq üçün bu kəlmələri deyirlər mənim üçün... Axı mən bu sözləri deməmişəm... Allahdan qorxmursunuz? Siz elə bilirsiniz ki, elə bu dünyada qalacaqsınız? Yox, bu günün də sabahı var. Sabahı və o dünyanı fikirləşin. Vicdanınız qarşısında oturub fikirləşin ki, bu qaranı niyə yaxırıq bu qıza (özünü nəzərdə tutur - red.). Bununla bu qızı hörmətdən sala biləcəksiniz?

Yox, inanan onsuzda inanır ki, mən o sözün sahibi deyiləm. İnanın elə olub ki, məni saxlamaq istəyiblər və deyiblər ki, yaşayın burada Zeynəb xanım. Sizin heykəlinizi qoyarıq Türkiyədə ki, burada gəlib yaşayasınız.

Türkiyə mənim canımdır, sevdiyim ölkədir, nəfəsim gedib-gəlir Türkiyə ilə... Ancaq mənim ürəyim yuxarıda sökülən evlər var (boya-başa çatdığı "Sovetskini" nəzərdə tutur - red.), o evləri heçnəyə dəyişmərəm.
Dünyanın cənnəti də olsa, necə ki xalqımı heç nəyə dəyişmərəm. Bax eləyəm mən... Xahiş edirəm, biraz oturub vicdanla danışın. O nadan insanın sözünə qulaq asıb, cürbəcür yazıları yazmayın. Mən o yazıları heç oxumuram da... Çünki ürəyimi bulandırmaq istəmirəm. Xalqımın istəmirəm ağzından belə sözlər çıxsın. Axı mən sizi sevirəm”.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO