Roza: “Sevdiyim şəxs minimum milyonçu olmalıdır” - VİDEO

Roza: “Sevdiyim şəxs minimum milyonçu olmalıdır” - VİDEO

Hazırda oxunan: Roza: “Sevdiyim şəxs minimum milyonçu olmalıdır” - VİDEO

171990

“Mənim üçün kişinin zahiri gözəlliyi önəmli deyil. Çünki bir yaraşıqlı kişi sənin yox, elindir. Fikrimcə, kişi xarizmatik və sözünə əməl edən olmalıdır. Hamı ona hörmət etməlidir, yaxşı mənada ondan çəkinməlidir. Yaraşıqlı olması o qədər də önəmli deyil. Ən önəmlisi, insanın energetik baxışıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Sənətçi bildirib ki, onunla ailə həyatı qurmaq istəyən şəxs minimum milyonçu olmalıdır: 

“Yanımda olmaq istəyən bir kişi məndən qat-qat artıq pul qazanmalıdır. Sevdiyim şəxs minimum milyonçu olmalıdır. Mənim kimi qadını “daşımaq” çox çətindir. Ona görə də, ağ qatlı şahzadələri anlayıram. Mənə heç bir kişi bu yaşımda qadağa qoya bilməz. Qadağa qoyan bir insan var idi, o da atam idi. Atam da dünyasını dəyişdi. Atamdan bir də Allahımdan başqa heç kimdən çəkinməmişəm”. 

Qeyd edək ki, Roza Zərgərli bir dəfə ailəli olub. Onun bu nikahdan Bənövşə adlı bir qızı var. Müsahibələrinin birində Roza həyat yoldaşını xəyanət üstündə tutduğunu və bu səbəbdən ondan boşandığını açıqlayıb.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO