Səidə ilk dəfə Çinarə ilə küsülülüyündən DANIŞDI: “Dedi ki, sən mənim əxlaqımı pozursan” - VİDEO

Səidə ilk dəfə Çinarə ilə küsülülüyündən DANIŞDI: “Dedi ki, sən mənim əxlaqımı pozursan” - VİDEO

Hazırda oxunan: Səidə ilk dəfə Çinarə ilə küsülülüyündən DANIŞDI: “Dedi ki, sən mənim əxlaqımı pozursan” - VİDEO

171969

Müğənni Səidə Sultan keçmiş rəfiqəsi hazırda isə küsülü olan aparıcı Çinarə Əliyeva ilə münasibətlərindən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində ilk dəfə Çinarə ilə aralarında yaşanan incikliyin səbəbini üzə çıxarıb. 

“Çinarənin toyu oldu. Nə o məni, nə mən onu toyuma dəvət etdim. Çinarənin xətrini dünyalar qədər istəmişəm. İnciklik mən tərəfdən olmayıb. Günlərin bir günü Çinarə mənə yazdı ki, sən mənim əxlaqımı pozursan. Mən səndən ayrılıram. Məndə cavab verdim ki, yolun açıq olsun. Bu da Çinarənin özünün yanaşmasıdır (gülür). İnsanlar var ki, silib atmağı asanlıqla bacarır. O da elə insanlardandır. Birdən-birə təki ona yaxşı olsun deyə, yaxınını silib, ata bilir. O ona qadirdir. Dost və insan olaraq bilirəm ki, Çinarəyə heç zaman pisliyim dəyməyib. Qələt edərəm.

Öz dostuma niyə pislik edim? Bu alçaqlıq olar.

Çinarəni mən tanıyanda “o tərəfdən bu tərəfə” qaçan qız idi. Çinarə adi, qara bir qız idi. Onu mən belə tanımışam. Onun belə işi, sənəti də yox idi ki, deyim ki, onu belə tanımışam. Sadəcə mənim ayağım ruzulu və düşərlidir. Özümə söz vermişəm ki, birdə həyatımda heç kimi populyar etməyəcəyəm. Heç zaman da eləmərəm. Məndən Çinarəyə heç bir ziyan gəlməyib. Yalnız ona yaxşılıq arzulamışam”, - deyə Səidə vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO