Müğənni Xatun Əliyevanın həmkarı Roza Zərgərli ilə küsülü olduğu ortalığa çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda “Xəbərin var?” maqazin verilişində məlumat yayılıb.
Bəlli olub ki, bir müddət əvvəl Xatun məclislərin birində Roza ilə eyni masada əyləşsə də, ondan hələki açıqlanmayan məsələyə görə incik düşüb və qarşı tərəfin arxasınca danışıb.
Bunu bilən Roza verilişdə qəzəblənib və Xatuna bu sözləri ünvanlayıb:
“Xatunun dərsini verəcəyəm. Mən ondan heç nə gözləmirdim. Təsadüfən bildim. Tək qızım Bənövşənin canı üçün bu söhbətin burada olacağını bilmirdim. Amma dərs dərsdir... İlin axırında “gündəliyini” gətirərsən”.
Rəşad Əliyev, Bizim.Media