"Rizespor"da çıxış edən Mykola Morozyukun həyat yoldaşı İrina Türkiyədə çox məşhurdur.
Bizim.Media xəbər verir ki, ukraynalı gözəl instagramda paylaşdığı cəsarətli fotoları tez-tez gündəm yaratmağı bacarır.
Mətbuat nümayəndələrinin diqqətini çəkən xanımla "Skorer" müsahibə hazırlayıb.
O, sayta açıqlamasında həyat yoldaşının çıxış etdiyi oyunların son dəqiqələrini izləmədiyini etiraf edib:
"Türkiyəni çox sevirəm. Arada gəlib-gedirəm. Sosial media hesablarıma çox saylı mesajlar gəlir. Təbii ki, bəzilərini görməzdən gəlirəm.
Adətən, həyat yoldaşımın oyunlarını izləyirəm. Ancaq öz səhhətimi qorumaq üçün matçların sonlarına baxmıram.
"Rizespor"un oyunlarının son dəqiqələri çox gərgin keçir. Ona görə də öz sağlamlığı qorumaq üçün son dəqiqələri izləmirəm.
Öz ölkəmdə də həvəskar futbol klubunun rəhbəriyəm. Ancaq pandemiya səbəbindən işlərimizə fasilə vermişik".
Aktrisa kimi də fəaliyyət göstərmək istəyən cazibədar xanım ölkəsindən serial təklifləri gözlədiyini də vurğulayıb.(sportinfo)
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
04:25 / 08.04.2021
Futbolçunun cazibədar xanımı serial təklifləri gözləyir - FOTOLAR
Hazırda oxunan: Futbolçunun cazibədar xanımı serial təklifləri gözləyir - FOTOLAR
Hazırda oxunan: Futbolçunun cazibədar xanımı serial təklifləri gözləyir - FOTOLAR
17165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.