Xalq artisti Aygün Kazımova paytaxt klublarının birində ard-arda iki gün konsert proqramı ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, səhnədə hit mahnılarını ifa edib, tamaşaçıları əyləndirən sənətçi səmimi söhbətləri ilə diqqət çəkib.
Belə ki Kazımova ““Tiktok”çular, hazırsınız? Özümü “TikTok”un Xalq artisti elan edirəm” sözləri ilə onu seyr etməyə gələn izləyicilər tərəfindən gür alqış və coşqu ilə qarşılanıb.
Sözügedən anlar lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Həmin görüntüləri təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media