"Mənim haqqımda harada təhqir çıxırsa, onunla mübarizə aparıram. Hələ təkəm, inanıram mənə qoşulacaqlar".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.
Sənətçi sosial şəbəkələrdə ona təhqir yazan izləyiciləri hüquq mühafizə orqanlarının köməyi ilə tapıb, məsuliyyətə cəlb etdiyini söyləyib:
"Bu işlərlə polisi yormuşam, amma anında tapılır, iş məhkəməyə qədər gedir. Heç kimin kimisə təhqir etməyə haqqı yoxdur. Bu yaxınlarda iki fərqli səhifədən bir nəfər mənə şərh yazmışdı. Cavab verdim ki, sizdən polisə şikayət etmişəm, sonuna kimi gedəcəyəm və məhkəmələrdə süründürəcəyəm.
Artıq 7 dəfədən çoxdur ki, polisə şikayət etmişəm. Mübarizə aparmaq lazımdır. Şərh yazanlar tapılıb, məhkəmələr də olub. Birinə 15 gün həbs cəzası verilmişdi".
Rəşad Əliyev, Bizim.Media