Kirkorov “çılpaq gecə”də iştirakına görə üzrxahlıq VİDEOSUNU yaydı

Kirkorov “çılpaq gecə”də iştirakına görə üzrxahlıq VİDEOSUNU yaydı

Hazırda oxunan: Kirkorov “çılpaq gecə”də iştirakına görə üzrxahlıq VİDEOSUNU yaydı

170860

Rusiyanın Xalq artisti Filipp Kirkorov “Orel i Reşka” səyahət verilişi ilə məşhurlaşan aparıcı və bloger Nastya İvleyevanın “çılpaq gecə”də iştirak etdiyi üçün üzr istəyib və səhv etdiyini etiraf edib. 

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında videomüraciət ünvanlayıb. 

Filippin sözlərinə görə, hər insanın həyatında elə anlar olur ki, hansı ki, düzgün qapıdan içəri girmirsən: 

“Bu çətin vaxtlarda, qəhrəmanlıq dövründə mənim çapımda olan bir sənətkar, Xalq artisti heç bir tədbirdə iştiraka bu qədər məsuliyyətsiz yanaşa bilməz və yanaşmamalıdır. Mən yalnız öz ölkəmin sənətkarıyam, yalnız ölkəmin vətənpərvəriyəm”. 
Qeyd edək ki, bundan əvvəl İvleyevanın özü tədbirdən fotoların internetə sızmasına görə üzr istəyib və gecədən əldə olunan gəliri xeyriyyəçiliyə bağışlayacağını vəd edib. 

 






Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO