Brilliant Dadaşova: “Qarabağda açılacaq televiziyanın sədri olmaq istəyirəm” – VİDEO 

Brilliant Dadaşova: “Qarabağda açılacaq televiziyanın sədri olmaq istəyirəm” – VİDEO 

Hazırda oxunan: Brilliant Dadaşova: “Qarabağda açılacaq televiziyanın sədri olmaq istəyirəm” – VİDEO 

170833

Xalq artisti Brilliant Dadaşova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “El canlı” axşam şousunda bildirib ki, Qarabağda açılacaq televiziyaya rəhbərlik etmək istəyir. 

“Gələcəkdə Qarabağda, istər Şuşada, istərsə də Laçında, harada olursa, olsun bir televiziya açılmasını istəyirəm. Məni ora sədr təyin etsinlər. Səni, Elcan Rəsulov, ora özümlə aparacağam. Ora yaşamağa gedirəm. Çünki artıq Bakıda tərpənmək mümkün deyil. Gedirəm və sizi də orada arxamca gözləyirəm. Gələrsiniz... Gedərik, orada təmiz ekoloji hava udarıq və yeməklər yeyərik. Özü də tıxacsız... Ay Allah, bu, tıxacsız mümkündürmü?”, - deyə Brilliant vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO