Xalq artisti Aygün Kazımova Naxçıvanda konsert proqramı ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, Naxçıvanda ilk dəfə baş tutan “Snowfest-Qış festivalı”nın ilk qonağı pop diva olub.
Heydər Əliyev Muzeyinin qarşısında keçirilən festivalın açılış tədbirində 20 minə yaxın insan sənətçini izləmək üçün meydana gəlib.
2 saat ərzində Aygün naxçıvanlılara musiqi ziyafəti verib. Kazımova festivalda 20-dən artıq mahnısını rəqqasların müşayiəti ilə səsləndirib. Xalq artisti onu seyr etməyə gələn tamaşaçılarla söhbətləşərək, doğma yurduna gəlişinin sevincini bu sözlərlə ifadə edib:
“Dədə-baba yurdum Naxçıvanda sizlərin qarşısına çıxdığım üçün çox sevinirəm. Bu dəfə tam fərqli, daha da işıqlanan bir Naxçıvan görürük. Canlanan, günü-gündən çiçəklənən Naxçıvan. Dədə-baba yurdumda dəfələrlə konsertim olub, gözəl keçib. Amma bu dəfə tamam başqa Naxçıvan gördüm. Tamaşaçılarımız da daha mehriban və coşquludur”.
“Parol”, Vəfasızlar”, “Çalxala”, “Qoy işığı söndürüm”, “Qorxuram” kimi hitlərini səsləndirən müğənni gecənin sonunda “Azərbaycan” mahnısını ifa edib.
Aygün Kazımovanın festivalda yaşatdığı coşqu dolu anları təqdim edirik:
- A-
- A
- A+
Şoutaym
11:20 / 26.12.2023
Naxçıvanda Aygün Kazımova COŞQUSU – VİDEO
Hazırda oxunan: Naxçıvanda Aygün Kazımova COŞQUSU – VİDEO
Hazırda oxunan: Naxçıvanda Aygün Kazımova COŞQUSU – VİDEO
170801
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.