Mənsum İbrahimov: “Oğlum 15 yaşında bizdən xəbərsiz orduya yazılmışdı” - VİDEO

Mənsum İbrahimov: “Oğlum 15 yaşında bizdən xəbərsiz orduya yazılmışdı” - VİDEO

Hazırda oxunan: Mənsum İbrahimov: “Oğlum 15 yaşında bizdən xəbərsiz orduya yazılmışdı” - VİDEO

170608

Xalq artisti Mənsum İbrahimov oğlu İbrahimdən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu “Zaurla Günaydın” səhər verilişində 19 yaşlı övladının peşə fəaliyyətindən danışıb. 

M.İbrahimov bildirib ki, oğlu 15 yaşında ailədən xəbərsiz ordu sıralarına yazılıbmış:  

“Oğlum İbrahimin 19 yaşı tamam oldu. O, ictimai fəaldır. İndidən çalışır ki, dövlət işində çalışsın. Mənim 3 qardaşım “qazidir”. 44 günlük müharibədə “qazi” qardaşımın oğlu İsrafil İbrahimov 30 gün döyüşərək, şəhidlik zirvəsinə ucaldı. Bizim ailəmizdə böyüyən uşaqlar gözlərini açır bunları görür. 15 yaşı vardı əmisi oğlu şəhid olanda, ona kitab həsr etmişdi. Heç birimizin bundan xəbəri olmamışdı.
Hətta İbrahim 15 yaşında gizlin ordu sıralarına yazılmışdı. Dedim ki, zaman gələndə sən də hərbi xidmətə gedəcəksən. Hər şeyin zamanı var. Şuşada ekoloqların sülh çağırışında da iştirak etmişdi. İbrahim qocalar-uşaqlar evinə gedir. Onlara yardım aparır. Mən onun heç bir işinə qarışmamışam. Sadəcə onun bu işlərində dəstək və yardım edirəm”.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO