Aktyor Müşfiq Şahverdiyev külli miqdarda borcunun olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Zarafat bir yana" yumoristik telelahiyədə məlumat verib.
M.Şahverdiyev 2015-2017-ci illər ərzində 200 min manat borcunun olduğu söyləyib:
"2015-2017-ci illərdə böyük "fırtına" olub. Hardasa 200 min manatdan çox borcum olub. Böyük danışmış kimi çıxmasın, insan var ki, 1000 manat borcu olan kimi özünə qəsd etmək istəyir. Heç zaman gərək elə bir şey etməyəsən. Bu oldu və bununla razılşasan və oradan çıxış yolunu axtarasan. 2014-cü ildə bir film çəkdim.
Əslində o vaxtlar işlərim "gül kimi" gedirdi. O illərdə də verilişlər çəkilirdi, aylıq maaşımızı alırdıq, toylara, məclislərə gedirdik. Mənə dəstək oldular və mən "My name is İntiqam" bədii filmini çəkdim. Film partladı hər kəs tərəfindən bəyənildi. Qərar verdik ki, bu filmin növbəti hissələrini çəkək.
Həmin filmin ikinci hissəsinin çəkilişlərinə birinci hissədə xərclədiyimiz pulun iki dəfə artığını xərclədik. Moldovada çəkilişlərimiz olmalı idi. Orada gedib manat xərcləyəsi deyil idik ki... Pulu buradan dollar əskinasları ilə götürdüm.
Moldovaya getdik orada filmin ikinci hissəsini çəkdik. Geri döndük Bakıya və filmin montajına başladıq. O ərəfədə ölkədə devalvasiya oldu. Filmi kinoteatrlara verənədək ikinci dəfə devolvasiya oldu. Mənim aldığım 60-70 mim dollar oldu 2-3 qat daha çox. Həmin vaxt evimi də dollar krediti ilə almışdım. O dollar da dəyişdi, oldu qat-qat başqa məbləğ. Film özünü doğrultmadı. O filmdən qonorar az gəldi. Və nəticədə mən borca düşdüm".
- A-
- A
- A+
Şoutaym
20:13 / 24.12.2023
Müşfiq Şahverdiyev: "200 min manat borca düşmüşdüm" - VİDEO
Hazırda oxunan: Müşfiq Şahverdiyev: "200 min manat borca düşmüşdüm" - VİDEO
Hazırda oxunan: Müşfiq Şahverdiyev: "200 min manat borca düşmüşdüm" - VİDEO
170574
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.