Əbdül Xalid:

Əbdül Xalid: "Oğlan uşağı atasından sillə yeməlidir" - VİDEO

Hazırda oxunan: Əbdül Xalid: "Oğlan uşağı atasından sillə yeməlidir" - VİDEO

170440

"Oğlan uşağı atasının silləsini yeməlidir".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.

Sənətçi  bildirib ki, oğlan uşaqları düzgün tərbiyə alsın deyə, valideyni tərəfindən şiddət görməlidir:

"Bu, mənim şəxsi yanaşmamdır. Bir mənalı şəkildə oğlan uşağı atasından çəkinməlidir. Atanın zəhmini yaradan isə anadır. Bu zəhm olmasa... Uşağın evdə, məktəbdə üstünə qışqırma... Müəllim məktəbdə uşağın qulağını çəkir, onu işdən çıxardırlar. Mən bu cür məsələlərin əleyhinəyəm. 12-13 yaşlı uşaqlara rast gəlirsən, görürsən ki, tərbiyəsi yoxdur. Nə danışığını, nə böyük nə də ki, kiçik yeri bilir.

 Öz uşağımı vurmamışam, çünki o, qız övladıdır. Bacım oğlunu vurmuşam. Oğlan uşağının dəcəlliyi olmalıdır. Bu, mütləqdir!".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO