Müğənni Şəbnəm Tapdıq ilə həmkarı Şəbnəm Tovuzlu arasında ad qalmaqalı növbəti dəfə canlı efirdə alovlanıb.
Bizim.Media xəbər verir ki, Ş.Tapdıq “Tarixin bir günü” verilişinə zəng vuraraq proqramda qonaq olan Ş.Tovuzlu ilə məhkəmə çəkişməsindən danışıb.
“Demişəm ki, Şəbnəm adını təxəllüs kimi patentləşdirmişəm. Bunun kiməsə dəxlisi var? Özüm üçün öz adımın önünə “ilk” sözünü qoydum ki, digər Şəbnəmlərlə qarışmayım. Siz də bunu Tolik, (verilişin aparıcısı Tarix Əliyev) əlinizdə bayraq edib, danışırsınız. İnsanları mənim əleyhimə qoymayın. Sosial şəbəkələrdə onları üstümə qaldırıb, məni söydürürsünüzsə, onun 148-ci maddəsi var”, - deyə Şəbnəm bildirib.
Tolik isə Ş.Tapdığı insanları aldatmaqda günahlandırıb:
“Siz mənə zəng vurub dediniz, əlimdə fakt var ki, Şəbnəm Tovuzlu haradasa deyib ki, mənim anam Şəbnəm Tapdıqla rəfiqə olub. Bu, absurddur. Siz 3 gün Elgiz Əkbərin verilişinə ayaq döydünüz, amma bu faktları üzə çıxara bilmədiniz. Şəbnəm Tovuzlu hər zaman deyib ki, mənim atam Şəbnəm Tapdığın sənətini sevdiyinə görə mənə Şəbnəm adını verib. Amma Şəbnəm heç anasını belə görə bilməyib. O nə bilərdi ki, anası kimlə rəfiqə olub?”
Şəbnəm Tovuzlu bu səs-küylü məsələyə belə reaksiya verib:
“Mənim heç sizə acı sözüm olub və ya sizə pis davranış göstərmişəm? Hər zaman sizə hörmətlə davranmışam. Hər zaman demişəm ki, sizə böyük hörmətim var. Demisiniz ki, ilk Şəbnəm mənəm, artıq bu adla bağlı danışmağa utanıram. Hər zaman sizə demişəm ki, ailəm sizi və sənətinizi sevdiyi üçün mənə Şəbnəm adını qoyublar. Amma bunu deməyə də bilərdim. Düşünürsünüz ki, hamı məni sevir, gözəl mahnıları və böyük tamaşaçı kütləsi var və sairə.
Amma əgər məni məhkəmə vermək istəyirinizsə, verin. Mən də o məhkəməyə gələcəyəm. Mən sizin haqqınızda heç bir efirdə heç nə deməmişəm. Ayıbdır! Belə şeylər sizin adınıza və mərhum atanızın adına yaraşmır. Düşmənsiniz mənə? Bitməyəcək bu söhbətlər? Boş-bekar adamdır, oturub evdə”.
Şəbnəm Tapdıq isə yenidən canlı efirə telefon vasitəsi ilə qoşularaq bu qalmaqalı adla bağlı deyil, Şəbnəm Tovuzlunun ona qarşı efirlərdə söylədiyi iftira dolu sözlərlə əlaqələndirib.
Rəşad Əliyev, Bizim.Media